"Real"ın yarımmüdafiəçisi Cud Bellingemin durumuna aydınlıq gəlib. Sport24.az xəbər verir ki, futbolçu bud əzələsindən aldığı zədəni bərpa edir.

 

İngiltərəlinin 6-7 həftə ərzində sağalması gözlənilir. Orta xətt oyunçusunun zədəsinin ilk düşünüləndən daha ciddi olduğu məlum bildirilib.

 

Bellingem fevralın 1-də "Rayo Valyekano" ilə oyunda xəsarət alıb və 10-cu dəqiqədə meydanı tərk edib.

 

Qeyd edək ki, yarımmüdafiəçi 2023-cü ilin yayında "Borussiya"dan "Real"a keçib.