Belçika yığmasının və İngiltərənin "Lester" klubunun futbolçusu Vaut Fas karyerasını "Monako"da davam etdirəcək. Sport24.az xəbər verir ki, Fransa təmsilçisi 27 yaşlı mərkəz müdafiəçisini icarəyə götürüb.

 

Liqa 1 klubu onu birdəfəlik almaq hüququna da malikdir.

 

Qeyd edək ki, Vaut Fas 2022-ci ildən "Lester"də çıxış edir.