"Araz-Naxçıvan" bu gün "Qəbələ" ilə keçirilən yoxlama oyununda 0:1 hesabı ilə məğlub olub. Sport24.az xəbər verir ki, Muxtar Respublika təmsilçisinin baş məşqçisi Andrey Demçenko matçdan sonra klubun mətbuat xidmətinə açıqlama verib:
"Bugünkü oyun daha çox məlumat xarakterli idi və nəticə vacib deyildi. Son 3 gün ərzində yükləmə çox olduğuna görə, futbolçular yorğunluq fonunda meydana çıxmışdılar. Uşaqların verdiyimiz tapşırıqları nə dərəcə icra edə bildiklərinə diqqət yetirdik. Keyfiyyətə önəm verdiyimiz üçün uşaqlara da dedim ki, məğlubiyyətə gorə üzülməyin. Gələcəkdə daha yaxşı oynamaq, irəli getmək üçün edəcəklərimizi öyrənirik".