Leverkuzen "Bayer"i komandanın hücumçusu Patrik Şiklə bağlı planlarını açıqlayıb. Sport24.az xəbər verir ki, Leverkuzen rəhbərliyi çexiyalı futbolçu ilə əməkdaşlığı genişləndirmək qərarına gəlib.
Tərəflər arasında mövcud müqavilə 2027-ci ilin yayında başa çatır. Patrik müqaviləni rədd etsə, növbəti transfer pəncərəsində satılacaq. Şik daha əvvəl İngiltərə Premyer Liqasında oynamaq istədiyini bildirmişdi.
29 yaşlı hücumçu Almaniya Bundesliqasının cari mövsümündə 23 matçda meydana çıxıb, 17 qol vurub. Oyunçunun bazar dəyəri 22 milyon avrod
ur.