"Monako"nun yarımmüdafiəçisi Elis Ben Seqir "Bayer"lə müqavilə imzalayıb. Sport24.az xəbər verir ki, bu barədə Almaniya klubunun rəsmi saytı məlumat yayıb.
20 yaşlı mərakeşli ilə müqavilə 2030-cu ilin yayına kimi nəzərdə tutulub. "Transfermakrt" portalı müqaviləni 32 milyon avro qiymətləndirir.
Qeyd edək ki, Seqir 2024/25 mövsümündə bütün tunirlərdə 46 matçda iştirak edib, 9 qol vurub və 4 məhsuldar ötürmə edib.