Azərbaycan millisinin DÇ-2026-nın seçmə mərhələsindəki ilk rəqibi İslandiya yığmasının bir futbolçusu komandasını dəyişib. Sport24.az xəbər verir ki, hücumçu Andri Qudyonsen Belçikanın "Gent" klubunda qalmayıb. 

 

23 yaşlı hücumçu "Blekbern"lə anlaşıb. İslandiyalı forvard Çempionşip təmsilçisi ilə 3 illik müqaviləyə qol çəkib.

 

Qeyd edək ki, İslandiya millisi sentyabrın 5-də Azərbaycanı qəbul edəcək. Onlar sentyabrın 9-da isə Fransanın qonağı olacaq.