"Marsel" "Arsenal"ın ukraynalı müdafiəçisi Aleksandr Zinçenkonu transfer etməyə çalışır. Sport24.az xəbər verir ki, bu barədə "The Athletic" məlumat yayıb.

 

Mənbənin sözlərinə görə, futbolçu londonluların baş məşqçisi Mikel Artetanın planlarına uyğun gəlmir. Ancaq futbolçunun yüksək maaşı Fransa klubunun rəhbərliyini düşünməyə vadar edir.

 

Qeyd edək ki, Zinçenko ötən mövsüm bütün turnirlərdə 23 oyuna çıxıb, 1 qol vurub və 1 məhsuldar ötürmə edib. Ukraynalı bu mövsüm meydana çıxmayıb.