"Liverpul"un yunan müdafiəçisi Konstantinos Tsimikas icarə əsasında "Roma"ya keçib. Sport24.az xəbər verir ki, bu barədə İtaliya klubunun rəsmi saytı məlumat yayıb.

 

29 yaşlı futbolçunun icarə müqaviləsi 2025/2026 mövsümünün sonuna kimi nəzərdə tutulub. Tsimikas "Roma"nın heyətində 12 nömrə ilə çıxış edəcək.

 

Qeyd edək ki, Tsimikas ötən mövsüm bütün turnirlərdə 29 matçda iştirak edib və 2 məhsuldar ötürmə edib.