"Zirə" Azərbaycan Premyer Liqasında ən böyükhesablı qələbəsini qazanıb. Sport24.az xəbər verir ki, qəsəbə təmsilçisi "Kəpəz"i 5:0 hesabı ilə məğlub edib.

 

Bu, Misli Premyer Liqasının III turunda qeydə alınıb. "Qartallar" 2015/16 mövsümündən çıxış etdiyi yüksək dəstədə bunadək 5 top fərqi ilə qalib gəlməmişdi.

 

Zirənin eyniadlı təmsilçisi əvvəlki mövsümlərdə 3 dəfə 4 top fərqinə sevinib. Komanda "Rəvan"ı 2015/16, "Qəbələ"ni 2023/24, "Kəpəz"i 2024/25 mövsümündə 4:0 hesabı ilə məğlub edib.