Joze Mourinyo ilə yollarını ayıran "Fənərbaxça" yeni baş məşqçi axtarışlarını davam etdirir. Sport24.az xəbər verir ki, İstanbul nəhənginin gündəmində olan mütəxəssislərdən biri Anje Postekoqludur.
Bu barədə insayder Fabritsio Romaano məlumat yayıb.
Türkiyə klubu avstraliyalı çalışdırıcı ilə danışıqlara başlamağı planlaşdırır. Almaniyanın "Bayer" klubu də 60 yaşlı məşqçinin xidmətində maraqlıdır.
Qeyd edək ki, Anje Postekoqlunun son iş yeri "Tottenhem" olub. O, London təmsilçisini Avropa Liqasının qalibi edəndən sonra postunu tərk edib.