"Qarabağ"la "Deloitte Azərbaycan" arasında anlaşma memorandumu imzalanacaq. Sport24.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

 

Tədbir sentyabrın 5-də klubun Suraxanı qəsəbəsində yerləşən "Azersun Arena"dakı təlim-məşq bazasında təşkil olunacaq.

 

İmzalanma mərasimi saat 15:00-da başlayacaq.