"Sevilya"dan ayrılan Keleçi İheanaçonun yeni klubu müəyyənləşib. Sport24.az xəbər verir ki, nigeriyalı hücumçu karyerasını Şotlandiyada davam etdirəcək.

 

İheanaço "Seltik"lə anlaşıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 31 yaşlı forvardla 1+1 illik müqavilə imzalanıb.

 

Qeyd edək ki, Keleçi İheanaço ötən mövsümün ikinci yarısında icarə əsasında "Midlzbro"da çıxış edib.