"Qarabağ" UEFA Çempionlar Liqası Liqa mərhələsinin 1-ci turu çərçivəsində Portuqaliyada "Benfika"nın qonağı olacaq. Sport24.az xəbər verir ki, qarşılaşmanın biletlərinin qiyməti müəyyənləşib.

 

Bu barədə Lissabon təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

 

5 sentyabr tarixində satışa çıxacaq biletlərin qiyməti 40-60 avro arasında dəyişir.

 

Qeyd edək ki, "Benfika" - "Qarabağ" qarşılaşması sentyabrın 16-da keçiriləcək və Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.