"Bavariya" Paris Polis Prefekturasının əmri ilə bağlı UEFA-ya etirazını bildirib. Sport24.az xəbər verir ki, bu barədə Almaniya klubunun mətbuat xidməti məlumat yayıb:

 

"Bazar ertəsi günortadan sonra Paris Polis Prefekturası azarkeşlərin gəlişini tənzimlənməsi və polis nəzarət məntəqəsi yaratmaqla bağlı əmr verib. Gözlənilməz addımdan yalnız bu gün xəbər tutan "Bavariya" rəhbərliyi UEFA-nın dünənki iclasında etiraz edib və ali futbol qurumunu əlavə hüquqi tədbirlər görməyə səsləyib. PSJ bu məsələdə "Bavariya"nı dəstəkləyib".

 

Polisin əmrində göstərilib ki, azarkeşləri Almaniyadan gətirən avtobuslar oyundan əvvəl şəhərin kənarındakı pullu dayanacağa üz tutmalıdırlar. Bundan sonra "Bavariya" azarkeşləri stadiona yalnız ictimai nəqliyyatla getməlidirlər. Oyundan sonra hər kəs öz nəqliyyat vasitələrinə qayıtmalıdır. Daha sonra avtobuslar polis müşayiəti altında şəhəri tərk edəcəklər.

 

Qeyd edək ki, çempionlar Liqasının IV turu çərçivəsində Almaniya nəhəng "Park de Princes" stadionunda PSJ-nin qonağı olacaq.