"Everton" "Bavariya"nın müdafiəçisi Adam Aznanı transfer etməyi planlaşdırır. Sport24.az xəbər verir ki, bu barədə "The Athletic" məlumat yayıb.

 

Mənbənin sözlərinə görə, 19 yaşlı mərakeşli transferə razılıq verib və iyulun 28-də "Everton"da tibbi müayinədən keçməlidir. İngiltərə klubu müdafiəçinin keçidinə 9 milyon avro xərcləyəcək.

 

Qeyd edək ki, Aznan bu ilin martından "Valyadolid"də çıxış edir və 13 matçda meydana çıxıb.