Bu həftə avrokuboklarda ən çox əmsal toplayan ölkə təmsilçiləri müəyyənləşib. Sport24.az-ın məlumatına görə, Azərbaycan Polşa ilə birlikdə ilk pillədə qərarlaşıb.

Hər iki ölkədə əmsal 0.875 olub.

Albaniya və Kipr (hər ikisi 0.750) növbəti sıralarda yer alıblar.

Qeyd edək ki, Azərbaycan hazırda UEFA reytinqində 18,125 əmsalla 29-cu pillədə qərarlaşıb.