Milan "İnter"i Ademola Lukmanın transferi ilə bağlı "Atalanta" ilə danışıqları davam etdirir. Nigeriyalı forvard "neradzurri"yə keçməyə hazırdır, lakin tərəflər hələlik yekun razılığa gələ bilməyib. Sport24.az insayder Paskuale Quarroya istinadən xəbər verir ki, "İnter" bonuslar da daxil olmaqla 45 milyon avro təklif göndərib.
"Atalanta" isə ən azı 50 milyon avro istəyir və bu məbləğdən aşağı düşmür.
Qeyd edəkki, 27 yaşlı Lukman ötən mövsüm 40 oyuna çıxıb, 20 qol vurub və 7 məhsuldar ötürmə edib. Onun "Atalanta" ilə müqaviləsi 2027-ci ilin yayında başa çatır.