"Napoli" Serbiya millisinin qapıçısı Vanya Milinkoviç-Saviçi transfer edib. Sport24.az xəbər verir ki, bu barədə İtaliya klubunun mətbuat xidməti məlumat yayıb.
Neapol klubu "Torino"nun qolkiperini sonradan məcburi satınalma şərti ilə icarəyə götürüb.
İnsayder Fabrisio Romanonun sözlərinə görə, müqavilə 21 milyon avro dəyərində olacaq və 4 il ərzində ödəniləcək.
Qeyd edək ki, qapıçı ötən mövsüm A Seriyasında "Torino"nun heyətində 37 oyun keçirib və 42 qol buraxıb.