"Qarabağ"ın yeni transferi Pedro Bikalyo rəsmi debütü ilə bağlı sosial şəbəkədə paylaşım edib. Sport24.az xəbər verir ki, braziliyalı Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin "Şelburn"la(0:3) görüşü barədə bunları yazıb:

 

"Yaxşı başlanğıc! "Qarabağ"ın forması ilə ilk oyuna çıxmaq şərəfinə nail oldum. Ən əsası odur ki, möhtəşəm qələbə ilə başladıq. Komandama töhfə verməkdən və yeni yolda bu ilk addımı atmaqdan məmnunam. Biz diqqətimizi cəmləyirik, çox çalışırıq və həmişə daha çoxunu istəyirik. Birlikdə irəliləyirik".

 

Qeyd edək ki, Azərbaycan çempionu 24 yaşlı futbolçu ilə 3+1 illik müqavilə imzalayıb. Pedro karyerası ərzində "Kruzeyro", "Palmeyras", "Vitoriya", "Santa Klara" və "Alverka" klublarında oynayıb.