"Liverpul"un cinah oyunçusu Luis Diaz yaxın gələcəkdə "Bavariya"ya keçidi rəsmiləşəcək. Sport24.az xəbər verir ki, hazırda klublar 28 yaşlı kolumbiyalının transferi ilə bağlı danışıqlar aparır.

 

"Liverpul" Diazın transferi üçün "Bavariya"ya təxminən 80 milyon avro təklif edib. Hazırda klublar müqavilənin yekun detallarını müzakirə edirlər.

 

Qeyd edək ki, 2022-ci ilin yanvarından "Porto"dan İngiltərə klubuna keçən Luis Diaz keçirdiyi 148 rəsmi oyunda 41 qol vurub, 23 məhsuldar ötürmə edib.