"Bornmut"un baş məşqçisi Andoni İraola "Kristal Pelas"ı çalışdıra bilər. Sport24.az xəbər verir ki, bu barədə insayder Nikolo Skira "X" sosial şəbəkə hesabında paylaşım edib. 

 

"Qartallar" 43 yaşlı mütəxəssisi mövsümün sonunda komandadan ayrılacağını açıqlayan Oliver Qlasnerin yerinə təyin etməyi düşünür.

 

Qeyd edək ki, İraola 2023-cü ilin iyulundan "Bornmut"un "sükanı arxasına" keçib. Onun rəhbərliyi altında "albalılar" ötən mövsümü doqquzuncu yerdə başa vurub və həmçinin FA Kubokunun dörddəbir finalına yüksəlib. Hazırda aktivində 39 xal olan "Kristal Pelas" turnir cədvəlində 14-cü yerdədir.