"Los-Anceles"in qapıçısı Hugo Loris dünya çempionatı öncəsi Fransa millisinə qayıda bilər. Sport24.az xəbər verir ki, bu barədə Fransa mətbuatı məlumat yayıb.
Yığmanın baş məşqçisi Didye Deşam turnir öncəsi heyəti gücləndirmək üçün 39 yaşlı qapıçının Fransanın düşərgəsində olmasını istəyir.
Bir müddət əvvəl Loris özü də dünya çempionatında millinin üçüncü qapıçısı olmaq arzusunu bildirib.
Qeyd edək ki, Loris yığmanın heyətində 145 oyun keçirib (milli komandada ən çox oyun keçirənlər arasında rekord) və 120 qol buraxıb. Təcrübəli qapıçı 63 görüşdə qapısının toxunulmazlığını təmin edib.
Fransa millisi mundialda Seneqal, İraq və Norveçlə birgə I qrupunda yer alıb.