"Barselona" "Mançester Yunayted"dən Markus Reşfordu tam əsasla "rənglərinə bağlamaq" istəyir. Sport24.az xəbər verir ki, bu bardə "Daily Star" məlumat yayıb.

 

Kataloniya klubu İngiltərə millisinin üzvünü 30 milyon avroya almaq istəyir. Ancaq "Mançester Yunayted" müqavilə ilə kluba məxsus olan futbolçunu 40 milyon avrodan aşağı satmaq niyyətində deyil.

 

Qeyd edək ki, icarə əsasında "Barselona"ın formasını geyinən Reşford cari mövsümdə katalonların heyətində bütün turnirlərdə 6 oyunda 2 qol vurub və 1 məhsuldar ötürmə edib.