"Real" "Barselona"nın yetirməsi, hazırda isə Leverkuzen "Bayer"inin formasını geyinən Aleksandro Qrimaldo ilə maraqlanır. Sport24.az xəbər verir ki, bu barədə "COPE" məlumat yayıb.

 

Mənbənin sözlərinə görə, "Kral klubu" 29 yaşlı futbolçu ilə maraqlansa da, müdafiənin cinahını gücləndirmək üçün prioritet variant "Benfika"nın müdafiəçisi Alvaro Karrerasdır.

 

Qeyd edək ki, Qrimaldi bu mövsüm bütün turnirlərdə 47 oyuna çıxıb, 4 qol vurub və 13 məhsuldar ötürmə edib. Onun alman klubu ilə hazırkı müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub.