"Barselona"nın müdafiəçisi Jül Kunde Çempionlar Liqasının yarımfinal mərhələsinin "İnter"lə ilk oyununda (3:3) zədələnib və gələn həftə cavab matçını buraxacaq. Sport24.az xəbər verir ki, bu barədə Sport.es-in jurnalisti Toni Xuan Marti X sosial şəbəkəsində (keçmiş Twitter) məlumat paylaşıb.
Matçın 40-cı dəqiqəsində meydanı tərk etmək məcburiyyətində qalan müdafiəçinin bud nahiyəsindən zədələndiyi məlum olub.
Qeyd edək ki, komandalar arasında cavab oyunu mayın 6-da Milanda keçiriləcək.