İspaniyanın "Barselona" klubunun heyətində ciddi itkilər baş verib. Sport24.az xəbər verir ki, Kataloniya təmsilçisinin futbolçuları Robert Levandovski və Lamin Yamal sıradan çıxıb.

 

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

 

Yamal 2-3 həftə məşq prosesindən uzaq qalacaq. Levandovskinin bərpa prosesi isə 10 gün çəkəcək.