"Barselona" mərkəz müdafiəçisi Erik Qarsiya ilə müqavilənin müddətini uzadıb. Sport24.az xəbər verir ki, bu barədə Kataloniya klubunun mətbuat xidməti məlumat yayıb.

 

Yeni anlaşmaya əsasən, 24 yaşlı ispaniyalı futbolçu 2031-ci ilin yayına qədər "Barselona"nın formasını geyinəcək. 

 

Qeyd edək ki, müdafiəçi klubun yetirməsidir. O, bu mövsüm meydana çıxdığı 22 oyunda bir qol vurub və bir məhsuldar ötürmə edib.