"Barselona" İngiltərənin Birmingem şəhərində keçiriləcək mövsümöncəsi təlim-məşq toplanışı üçün heyətini açıqlayıb. Sport24.az xəbər verir ki, avqustun 3-dək davam edəcək toplanış çərçivəsində Kataloniya təmsilçisi iyulun 31-də "Birmingem Siti" ilə yoxlama matçında qüvvəsini sınayacaq.

 

Baş məşqçinin 30 nəfərlik heyətə daxil etdiyi futbolçular arasında "Jirona"dakı icarədən qayıdan qapıçı Mark-Andre ter Ştegen və yeni transfer Karim Adeyemi də yer alıb.

 

Siyahı aşağıdakı kimidir:


Qapıçılar:
Ter Ştegen, Şesni, Yakobişvili, Rodriges;

 

Müdafiəçilər: Arauxo, Fort, Balde, Kortes, Espart, Kristensen, Martin, Jofre, Pesker;

 

Yarımmüdafiəçilər: de Yonq, Kasado, Tommi, Farinyas, Diarra, Bernal, Fermin, Qoren, Gilye;

 

Hücumçular: Adeyemi, Abdelkarim, Jistau, Toni Fernandes, Runi, Tunkara, Qonsales, Klyuivert.