Yeni mövsümə hazırlıqlarını Ankarada davam etdirən "Turan Tovuz" bu gün ikinci yoxlama matçına çıxıb. Sport24.az xəbər verir ki, Kurban Berdıyevin komandası Türkiyənin "Fatih Karagümrük" klubu ilə qarşılaşıb.

 


1-ci liqa təmsilçisi ilə görüş 1:1 hesabı ilə yekunlaşıb. Tovuz klubunun qolunu İbrahima Vadji vurub.

 

Qeyd edək ki, "Turan Tovuz" Ankara hazırlığı çərçivəsində artıq bir oyun keçirib. Komanda İranın U-21 yığması ilə heç-heçə edib – 1:1.