"İlahi Atquyruğu" ləqəbli futbolçu Roberto Bacco Milano şəhərindəki "Betsson.Sport" tədbirində karyerası ilə bağlı fikirlərini bölüşüb. Sport24.az xəbər verir ki, tədbir çərçivəsində o, Francesko Totti və Fabio Kannavaro ilə birlikdə dəyirmi masada iştirak edib.
Futbolçu ən güclü komanda yoldaşı və ən gözəl stadionla bağlı fikirlərini bölüşüb:
"Ən güclü komanda yoldaşı? Ola bilsin, Ronaldo. Ən gözəl stadion? 1990-cı ildə dünya çempionatındakı Roma stadionu misilsiz idi, amma "San Siro" da özünəməxsus bir ab-havaya malik olub."