Azərbaycan Voleybol Federasiyasının (AVF) həkimi Vüsalə Kazımova Beynəlxalq Voleybol Federasiyasının (FIVB) Tibb Komissiyasına üzv seçilib. Sport24.az xəbər verir ki, bu, FIVB-nin İdarə Heyətinin ilk iclasında rəsmiləşib.

 

Toplantıda FIVB komissiyalarının 2024-2028-ci illər üzrə tərkibi müəyyənləşib.

 

Qeyd edək ki, Kazımova, həmçinin Avropa Voleybol Konfederasiyasının da Tibb Komissiyasının üzvüdür.