Azərbaycan I Liqasının iddialı klublarından olan "Şəfa" heyətini Kosovo klubundan ayrılan Elmir Tağıyevlə gücləndirib. Bu barədə Bakı klubunun mətbuat xidmətindən bildirilib.

 

25 yaşlı futbolçu ilə 6+1 illik müqavilə imzalanıb.

 

Qeyd edək ki, yarımmüdafiəçinin son klubu Kosovo təmsilçisi "Drenitsa" olub.