UEFA Çempionlar Liqasının əsas mərhələsinin XVII turunun oyunlarını stadionlardan izləyən azarkeşlərin sayı bəlli olub. Sport24.az-ın məlumatına görə, "Qarabağ"ın Bakıda Almaniyanın "Frankfurt" komandasına qalin gəldiyi görüşdə tribunalarda 27820 tərəfdar əyləşib.
Bu isə fanat sayına görə 18 qarşılaşma arasında 13-cü olub. Qeyd edək ki, "Qarabağ" rəqibini 3:2 hesabı ilə üstələyib.

