Belçika millisinin futbolçusu Leandro Trossard AVRO-2024-ün seçmə mərhələsi çərçivəsində bu gün Brüsseldə Azərbaycan yığmasına qarşı keçirəcəkləri oyunu haqda danışıb. Sport24.az xəbər verir ki, 29 yaşlı hücumameylli yarımmüdafiəçi matçın asan olmayacağına işarə vurub: "Qrup mərhələsini birinci yerdə başa vurmaq baxımından Azərbaycanla görüş çox vacibdi. Özü də bunu azarkeşlərimizin önündə etmək əsl şansıdı. Azərbaycanla görüş gözlədiyimizdən də çətin keçəcək".

Trossardın sözlərinə görə, sentyabrda Bakıdakı matçda meydança yaxşı durumda deyildi ki, bu da oyunlarına təsir etmişdi: "Üstəlik, onlar yaxşı müdafiə olunurdular. Azərbaycan millisinin səviyyəsi məni bir az təəccübləndirdi. Yaxşı komandadı. Sadəcə, onları öz meydanımızda məğlub etməliyik".