Avropa Liqasının ümumi mərhələsinin altı turundan sonra altı komanda pley-off mərhələsinə vəsiqə qazanıb. Sport24.az xəbər verir ki, "Lion", "Midtyulland", "Aston Villa", "Betis", Frayburq" və "Ferentsvaroş"un "24-lük"də yer alacağı dəqiqləşib.
Ümumi mərhələnin qalan iki turu 2026-cı ilin yanvar ayında keçiriləcək.
Ümumi mərhələdən ilk səkkiz komanda birbaşa 1/8 finala vəsiqə qazanacaq, doqquzuncudan 24-cü yerə qədər olan komandalar isə pley-off mərhələsində oynayacaq və qaliblər də 1/8 finala vəsiqə qazanacaqlar.