Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) seçmə mərhələlər daxil olmaqla, Avropa çempionatlarına ən çox qatılan oyunçuların adlarını açıqlayıb. Sport24.az xəbər verir ki, 4 futbolçu - Lotar Matteus (Almaniya), Yari Litmanen (Finlandiya), Mario Frik (Lixtenşteyn) və İldefons Lima (Andorra) 6 tsiklın iştirakçısı olub. Futbolçulardan yalnız Matteus final mərhələsinə də qatıla bilib.

50 oyunçu isə 5 final və seçmə oyunların iştirakçısı ola bilib. Onların arasında Türkiyə millisinin sabiq kapitanı Emre Belözoğlu da var. Portuqaliya yığmasının kapitanı Kriştiano Ronaldo da bu sayda yarışa qatılıb.