Bu gün Avropa Liqasında pley-off mərhələsinə start verilib.

Sport24.az xəbər verir ki, raundun bütün oyunları eyni gündə keçirilib.

Ən maraqlı qarşılaşma İspaniyanın “Barselona” və İngiltərənin “Mançester Yunayted” komandaları arasında baş tutub. Dörd qolun qeydə alındığı bu oyunda qalib müəyyənləşməyib.

Turnirin favoritləri sırasında göstərilən İtaliyanın “Yuventus” klubu isə Fransanın “Nant” komandası ilə ev oyunundan heç-heçə ilə ayrılıb.

Bu raundun cavab görüşləri fevralın 23-də olacaq.

Avropa Liqası
Pley-off mərhələsi, ilk oyunlar
16 fevral

“Ayaks” (Niderland) – “Union Berlin” (Almaniya) 0:0

“Barselona” (İspaniya) – “Mançester Yunayted” (İngiltərə) 2:2

Qol: M.Alonso, 50. Rafinya, 76 – Raşford, 52. Kunde, 59-öz qapısına.

“Zalsburq” (Avstriya) – “Roma” (İtaliya) 1:0
Qol: Kapaldo, 88.

“Şaxtyor” (Donetsk, Ukrayna) – “Renn” (Fransa) 2:1
Qol: Kriskiv, 11. Bondarenko, 45+1 – Ekambi, 59.

“Bayer” (Almaniya) – “Monako” (Fransa) 2:3
Qol: Diabi, 48. Virts, 59 – Hradeçki, 9-öz qapısına. Diatta, 74. Disasi, 90+2.

“Yuventus” (İtaliya) – “Nant” (Fransa) 1:1
Qol: Vlahoviç, 13 – Blas, 60.

“Sevilya” (İspaniya) – PSV (Niderland) 3:0
Qol: En Nesiri, 45+2. Okampos, 50. Qudel, 55.

“Sportinq” (Portuqaliya) – “Midtyulland” (Danimarka) 1:1
Qol: Koates, 90+4 - Aşur, 77.