Avrokubokların qarşıdan gələn oyunları mərhum Roma Papası Fransiskin xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi ilə başlayacaq. Sport24.az xəbər verir ki, bu barədə UEFA-nın mətbuat xidməti məlumat yayıb.
Məlumatda bildirilib:
"UEFA bu həftə baş tutacaq UEFA Gənclər Liqasının və Qadınlar arasında Çempionlar Liqasının yarımfinal oyularından, həmçinin aprelin 29-dan mayın 1-dək keçiriləcək kişilər arasında avrokubokların yarımfinal matçlarından əvvəl Papa Fransiskin xatirəsini bir dəqiqəlik sükutla yad edəcək".
Papa Fransisk aprelin 21-də 88 yaşında vəfat edib.