İspaniyanın "Atletiko" klubu Ukrayna təmsilçisi "Şaxtyor"da çıxış edən Eqinaldo ilə maraqlanır. Sport24.az xəbər verir ki, Madrid təmsilçisinin baş məşqçisi Dieqo Simeone 21 yaşlı vingerin heyətə cəlb edilməsini istəyir.

 

Mümkün keçid 15 milyon avroya başa gələ bilər. "Atletiko" braziliyalı futbolçu üçün bu məbləği ödəməyə hazırdır.

 

Qeyd edək ki, Eqinaldo cari mövsüm Donetsk komandasında 12 oyuna 5 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.