"Real" yarımmüdafiə xəttini yeni oyunçu ilə gücləndirməyi planlaşdırır. Sport24.az xəbər verir ki, La Liqa nəhəginin əsas hədəfi PSJ-də çıxış edən Joau Neveşdir.

 

Bu barədə "Fichajes" nəşri məlumat yayıb.

 

"Kral klubu" portuqaliyalı futbolçu üçün parislilərlə danışıqlara başlamağa hazırlaşır. "Real" 21 yaşlı yarımmüdafiəçi üçün 150 milyon avro ödəməyə hazırdır.

 

Qeyd edək ki, PSJ Joau Neveşi 2024-cü ilin yayında "Benfika"dan 65 milyon avroya transfer edib. Portuqaliya millisinin üzvü bu mövsüm paytaxt təmsilçisinin heyətində meydana çıxdığı 18 rəsmi matçda 8 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.