UEFA-nın İntizam Komitəsi "Fənərbaxça"nın hücumçusu Con Duranı cəzalandırıb. Sport24.az xəbər verir ki, ali futbol qurumu kolumbiyalı futbolçunu Avropa Liqa Liqa mərhələsinin 5-ci turunun "Ferentsvaroş"la matçında aldığı qırmızı vərəqəyə görə diskvalifikasiya edib.

 

Duran qarşılaşmanın 90+1-ci dəqiqəsində rəqibini vurduğu üçün "qırmızı" görüb. UEFA 21 yaşlı forvarda 2 oyunluq cəza verib.

 

Qeyd edək ki, "Fənərbaxça" Con Duranı mövsümün əvvəlində "Əl-Nəsr"dən icarəyə götürüb. Kolumbiya millisinin üzvü İstanbul təmsilçisinin heyətində meydana çıxdığı 13 rəsmi matçda 3 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.