"Bavariya"nın müdafiəçisi Alfonso Devisin yaşıl meydanlara dönüş tarixi bəlli olub. Sport24.az xəbər verir ki, bu barədə klub rəsmi məlumat yayıb.

 

Belə ki, komandanın baş məşqçisi Vensan Kompani kanadalı futbolçunun Bundesliqanın 14-cü turu çərçivəsində "Maynts"la baş tutacaq matçda meydana çıxa biləcəyini bildirib. Belçikalı mütəxəssis futbolçunun psixoloji cəhətdən çox güclü olduğunu vurulayaraq zədədən sonra onun daha yaxşı oyun performansı göstərəcəyinə inandığını qeyd edib.

 

Qeyd edək ki, Alfonso mart ayında Millətlər Liqasında ABŞ yığması ilə oyunda (2:1) çarpaz bağları qırılaraq zədə almışdı və həmin vaxtdan bəri matçlara çıxa bilməyib.