İngiltərənin "Arsenal" klubunun müdafiəçisi Pyero İnkapye məşqlərə başlayıb. Sport24.az xəbər verir ki, 23 yaşlı ekvadorlu futbolçunun qasıq nahiyəsindən aldığı zədəsi tam sağalıb.

 

O, UEFA Çempionlar Liqasında "Atletik"ə qarşı matçda (2:0) debüt edib. Oyunun sonlarında meydana çıxan müdafiəçi yüngül zədələnib.

 

Qeyd edək ki, P.İnkapye bu ilin sentybrında "Bayer 04"dən (Almaniya) Premyer Liqa təmsilçisinə transfer olunub. O, 2025/2026 mövsümündə üç oyuna çıxıb.