Braziliya millisinin baş məşqçisi Dorival Junior istefaya göndərilib. Sport24.az xarici KİV-ə istinadən xəbər verir ki, rəhbərlik 62 yaşlı mütəxəssisin işindən narazı qalıb.

 

Junior 2024-cü ilin yanvarından Braziliya millisini çalışdırırdı. Komanda onun rəhbərliyi altında keçirilən son matçda DÇ-2026-nın seçmə mərhələsində Argentina yığmasına böyük hesabla uduzub (1:4).

 

Qeyd edək ki, Dorivalı əvəzləməsi ehtimal olunanlardan biri də "Real"ı çalışdıran Karlo Ançelottidir.