25 fevral tarixi idman aləmində bəzi hadisələrlə yadda qalıb. Sport24.az xəbər verir ki, bu tarix 1945-ci ildə Argentina yığması üçün uğurlu olub.

Sözügedən tarixdə Argentina yığması Cənubi Amerika Kubokunun qalibi olmağı bacarıb. Turnir 1945-ci ilin 14 yanvarında Çilinin Santiyaqo şəhərində start götürüb. 18-ci dəfə təşkil edilən Cənubi Amerika Kubokunda 7 komanda çempionluq uğrunda mübarizə aparıb. Son görüşdə Argentina yığması Uruqvayı 1:0 hesabı ilə məğlub edib. İkinci yerdə Braziliya, üçüncü pillədə isə Çili qərarlaşıb.

Turnirin bombardiri isə Argentina yığmasının üzvü Norberto Mendes olub.

Qeyd edək ki, Argentina yığması bugünədək 15 dəfə Cənubi Amerika Kubokunun qalibi olub. Sözügedən ildə isə Argentina 7-ci dəfə çempionluq yaşayıb.