Dieqo Maradonanın cırılmış forması "Matchday Football Auctions" tərəfindən hərracda satılıb. Sport24.az "Mundo Deportivo"ya istinadən xəbər verir ki, Maradonanın forması hərracda 145.000 dollara satılıb.
Lakin 23% komissiya səbəbindən onun faktiki qiyməti 179.000 dollar olub. Bu, indiyə qədər Maradonanın hərracda satılan ən bahalı forması kimi tarixə düşüb.
Qeyd edək ki, argentinalı əfsanənin forması 1984-cü ildə İspaniya Kubokunun finalında "Barselona"nın Bilbao "Atletik"inə 0:1 hesabı ilə uduzduğu oyunda cırılıb. Matç kütləvi dava ilə başa çatıb.