"Real" PSJ-nin yarımmüdafiəçisi Vitinyanın müqaviləsində 90 milyon avroluq sərbəst qalma bəndinin olub-olmadığından əmin deyil. Bu bənd olacağı təqdirdə isə "Kral klubu"nun prezidenti Florentino Peres ondan istifadə etməyə hazırdır. Sport24.az xəbər verir ki, bu barədə "Defensa Central" məlumat yayıb.
Mənbənin sözlərinə görə, Vitinyanın müqaviləsində sərbəstqalma bəndinin olması çox vacibdir. Bu olmasa klublar arasındakı gərgin münasibətə görə, PSJ futbolçunu "Real"a satmayacaq.
Qeyd edək ki, Vitinya bu mövsüm bütün turnirlərdə 23 oyunda meydana çıxıb, 5 qol vurub və 8 məhsuldar ötürmə edib. Onun klubla hazırkı müqaviləsi 2029-cu ilin yayına qədərdir. "Transfermarkt" portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 110 milyon avrodur.