"Barselona"nın baş məşqçisi Hans-Diter Flik 2025-ci ilin nəticələri və komandanın 2026-cı il üçün hədəfləri barədə fikirlərini bildirib. Sport24.az bildirir ki, Flik 2024-cü ilin yayından "Barselona"ya rəhbərlik edir.

 

"Bu, mənim, heyətim, klub və azarkeşlər üçün təsirli və uğurlu bir il oldu. Barselonada yaşadıqlarım inanılmazdır. Çox xoşbəxtəm, amma bu, keçmişdə qaldı və bu mövsümün sonunda uğuru təkrarlamaq üçün çalışmağa davam etməliyik. Gələn il üçün böyük hədəflərimiz var; keçən ilki titullar möhtəşəm idi, amma irəliləməliyik və məhz bunu etmək istəyirik", - "Mundo Deportivo" Flikdən sitat gətirib.

 

Flikin rəhbərliyi altında "blauqrana" liqa çempionluğunu, Kral Kubokunu və Superkuboku qazanıb. Flikin klubla hazırkı müqaviləsi 2027-ci ilin iyun ayına qədərdir.