"Napoli" heyətini gücləndirmək üçün "Bavariya"nın 30 yaşlı yarımmüdafiəçisi Leon Qoretskanı transfer etmək istəyir. Sport24.az xəbər verir ki, bu barədə "Tuttomercatoweb" məlumat yayıb.
Mənbənin sözlərinə görə, Münhen klubunun Qoretskanı yanvarda satması ehtimalı azdır, baxmayaraq ki, onun müqaviləsi yayda başa çatır. Buna görə də "Napoli" başqa variantları da gözdən keçirir. İtalyanlar Kobbi Maina (Mançester Yunayted), Lorenso Pelleqrini (Roma) və Sunquta Maqassa (Vest Hem) ilə də maraqlanır.
Qeyd edək ki, Qoretska 2018-ci ilin yayından "Bavariya"nın formasını geyinir. Yarımmüdafiəçi klubla 6 dəfə Almaniya çempionu olub. Bu müddət ərzində o, bütün turnirlərdə 287 oyun keçirib, 46 qol vurub və 48 məhsuldar ötürmə edib. "Transfermarkt" portalı futbolçunun bazar dəyərini 15 milyon avro qiymətləndirir.