"Real Madrid" və Türkiyə millisinin üzvü Arda Gülər zədələnib. Sport24.az xəbər verir ki, türk yarımmüdafiəçi Uelsə qarşı Millətlər Liqasının seçmə mərhələsi oyununda (0:0) sıradan çıxıb.

 

Futbolçunun zədədən asılı olaraq minimum 1-7 gün, maksimum 2-4 həftə yaşıl meydanlardan uzaq qalacağı gözlənilir.

 

A.Gülər tibbi müayinədən keçdikdən sonra bu müddət dəqiqləşəcək.